Qaynar xətt:

(+99450) 247 90 86

Patriarx Kirill Ərdoğanı təbrik edib

Patriarx Kirill Ərdoğanı təbrik edib

DÜNYA

408

26.02.2024, 20:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib və qeyd edib ki, “onun diplomatik istedadı sayəsində Türkiyə hazırda beynəlxalq arenada aparıcı yerlərdən birini tutur”.

 

Oxu24.com xəbər  verir  ki, teleqram Moskva Patriarxlığının saytında dərc olunub.


Diplomatik istedadınız, məqsədlərinizə çatmaq bacarığınız və mühüm xarici siyasət məsələlərində balanslı mövqeyiniz sayəsində Türkiyə bu gün beynəlxalq arenada aparıcı yerlərdən birini tutur və tərəfdaşlar arasında böyük nüfuza malikdir.

 

Patriarx vurğulayıb ki, Ərdoğan “uzun illərdir türk xalqının rifahı üçün fədakarlıqla çalışır və ölkənin zəngin mənəvi irsinin qorunub saxlanması, onun çiçəklənməsi və mütərəqqi sosial-iqtisadi inkişafının qayğısına qalır”.

 

O, “Türkiyə ilə Rusiya arasında güclü işgüzar və mədəni əlaqələri, həmçinin ölkələr arasında etimad və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu” qeyd edib.

 

 

Miri