Qaynar xətt:

(+99450) 247 90 86

Makron Ukrayna ilə bağlı Qərb liderləri ilə təcili görüş çağırıb

Makron Ukrayna ilə bağlı Qərb liderləri ilə təcili görüş çağırıb

DÜNYA

351

26.02.2024, 15:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı 20-yə yaxın Qərb ölkəsinin liderləri ilə təcili görüş çağırıb. 

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Reuters agentliyi Fransa liderinin ofisinə istinadən məlumat yayıb.

 

Makron Almaniya kansleri Olaf Şolsu, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu, İspaniyanın baş naziri Pedro Sançesi, Hollandiyanın baş naziri Mark Rutteni, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderlərini Yelisey sarayına dəvət edib.

Onun müşavirləri görüşün keçirilməsinə son həftələrdə münaqişənin kəskinləşməsinin səbəb olduğunu bildiriblər.

“Biz [Rusiya Prezidenti Vladimir] Putinə Ukraynada qalib gəlməyəcəyinə dair çox aydın siqnal göndərmək istəyirik. Məqsədimiz onun hansısa yolla qalib gələcəyinə inanmağımızı istədiyi fikri məhv etməkdir”, - Fransa prezidentinin müşaviri brifinqdə jurnalistlərə bildirib.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Fransada Ukraynaya hərbi yardımla bağlı konfrans keçirməyi planlaşdırır, çünki “Ukraynada işlərin dağıldığı” fikrini təkzib etmək lazımdır.

Bundan əvvəl Fransada Makronu Ukraynaya öz xalqının ziyanına kömək etməkdə ittiham edirdilər.

 

Nigar