Qaynar xətt:

(+99450) 247 90 86

Boris Conson Kiyevdədir

Boris Conson Kiyevdədir

DÜNYA

371

24.02.2024, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson fevralın 24-də Rusiyanın Ukraynada müharibə  başlamasının ikinci ildönümündə Kiyevə gəlib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko  öz Telegram kanalında məlumat verib.

 

“Boris Conson da Kiyevdədir”, deyə deputat yazıb.

 

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni və Belçikanın baş naziri Aleksandr De Kru Ukrayna ilə həmrəylik ifadə etmək üçün fevralın 24-də Kiyevə gəldikləri bildirilirdi.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də fevralın 24-də Ukraynaya səfər edib.

Həmin gün G7-yə üzv ölkələr Kiyevə gələcək dəstək haqqında birgə bəyanatı müzakirə edəcəklər.

Rusiyanın Londondakı səfiri Andrey Kelin bəyan edib ki, Rusiya ilə Ukrayna arasında sülh razılaşmaları əldə etmək səyləri Birləşmiş Ştatların əmri ilə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tərəfindən əngəllənib.

Bundan əvvəl Avropa Komissiyası Avropa İttifaqı ilə Rusiya arasında kommunikasiya kanallarının saxlanmasının vacibliyini bəyan edib.

 

Miri