Qaynar xətt:

(+99450) 247 90 86

Küçədə meyiti tapılan qadın görün kimdir

Küçədə meyiti tapılan qadın görün kimdir

CƏMİYYƏT

375

24.11.2023, 11:43

Zaqatalada küçədə qadının ölümü ilə bağlı cinayət işi açılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğundan bildirilib. Belə ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Aslanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. Nigar