Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda məşhur bazar yanır

SON DƏQİQƏ! Bakıda məşhur bazar yanır

CƏMİYYƏT

912

23.11.2023, 07:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda inşaat materialları bazarı yanır.
Oxu24.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.