Qaynar xətt:

(+99450) 247 90 86

Lənkərandan acı xəbər gəldi: Ölən var

Lənkərandan acı xəbər gəldi: Ölən var

CƏMİYYƏT

468

22.11.2023, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda avtomobil motosikletçini vuraraq öldürüb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, Lənkəran şəhər sakininin idarə etdiyi “KİA” markalı avtomobil rayonun Mamusta kənd sakini - 1992-ci il təvəllüdlü Faiqzadə Cümşüd Faiq oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü ağır xəsarətlər alıb. Avtomobilin sürücüsü hadisə barədə aidiyyəti üzrə xəbər verib.

Əraziyə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasının köməyi ilə yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, yolda ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.