Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98339
az

Robot zəngi, xarici nömrələrdən gələn mesajlar - EHTİYATLI OLUN - FOTO

12:2022 Noyabr, 2023
221
CƏMİYYƏT
  • A

Vətəndaşlar son günlər xarici nömrələrdən "WhatsApp" üzərindən onlara çoxsaylı mesaj və zəng gəldiyinə dair şikayətlər edirlər. Bu şikayətlərin böyük bir hissəsi sosial şəbəkələrdə paylaşılır.

Paylaşımlarda müxtəlif ölkələrə aid nömrələrdən "salam, necəsiniz?" yazılaraq və ya "WhatsApp" üzərindən zəng edilərək kiberhücum cəhdləri olduğu qeyd edilir. Azərbaycan dilində rahat şəkildə danışan şəxslərin kimliyi isə mücərrəd olaraq qalır.

Kiberhücumlar doğrudanmı xaricdən gəlir, yoxsa VPN proqramlarının kiberhücumlarda müəyyən payı var?

İnsanlar bu kimi kiberhücumlarla mübarizədə aidiyyəti qurumların nə kimi tədbir gördüklərini bilmək istəyirlər. Hər kəsə maraqlıdır ki, bu nömrələr təsadüfən yığılır, yoxsa birbaşa hansısa bazadan götürülərək istifadə olunur? Bu hücumlara qarşı hansı addımlar atılacaq?

OXU24.COM xəbər verir ki, oxu.Az-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib ki, vətəndaşlara son zamanlar ani mesajlaşma tətbiqləri üzərindən xarici nömrələrdən gələn zənglərin və mesajların sayında artım müşahidə edilir:

"Adətən, bu zəng və mesajlar vasitəsilə vətəndaşlara qarşı kiberdələduzluq fəaliyyəti həyata keçirilir. Belə ki, özlərini hər hansı məşhur şirkətin və ya qurumun adından təqdim edən dələduzlar vətəndaşlara iş təklifi, qısa zamanda asan qazanc vədi verirlər. Buna aldanan vətəndaşlardan növbəti mərhələdə fərdi və bankı kartı məlumatları tələb edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallarla qarşılaşdıqda diqqətli olmağı, tanımadıqları və şübhəli mənbələrdən gələn zəng və mesajlara qarşı həssas yanaşmağı, qarşı tərəfə öz bank və digər fərdi məlumatlarını təqdim etməməyi, hər hansı şirkət adından müxtəlif tipli mesajlar aldıqda bu məlumatları birbaşa həmin şirkətlə dəqiqləşdirməyi tövsiyə edir".

ETX-dən vətəndaşlar arasında onların nömrələrinin operatorlar tərəfindən icazəsiz olaraq fərqli formada hansısa şirkətlərə satıldığına dair iddialara da cavab verilib:

"Nömrələrin satılması iddiası doğru deyil. Belə ki, dələduzlar ölkə kodu ilə istənilən nömrələri ixtiyari şəkildə seçərək mesaj göndərə və ya zəng edə bilərlər".

Bəs ola bilərmi ki, bu kimi zənglər ölkə daxilindən, lakin VPN proqramları vasitəsilə həyata keçirilsin? Ümumiyyətlə, VPN istifadəsi leqaldır?

ETX-dən verilən məlumatda qeyd edilib ki, bu halların VPN istifadəsi ilə baş verməsi iddiaları da həqiqətə uyğun deyil:

"Ümumiyyətlə isə Elektron Təhlükəsizlik Xidməti olaraq VPN proqramlarının istifadəsini tövsiyə etmirik. Çünki bu halda telefonda və ya elektron cihazda olan məlumatların üçüncü tərəfə ötürülmə riski mövcuddur. Sizin xəbəriniz olmadan hər hansı üçüncü tərəf cihazınızda olan məlumatlara nəzarət edə bilir".

Məqaləyə dair fotomateriallar:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fidan: "Cənubi Qafqazda sülhün təmin edilməsinin son mərhələsindəyik"
DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama -“Cəzalar olacaq”
Bakıda ağlagəlməz xidmət: ödənişlə qulaq sındırırlar - QİYMƏTLƏR

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb