VƏTƏNİ HƏR ŞEYDƏN UCA TUTDULAR - Milli Məclisin deputatı Ceyhun Məmmədov
27 Sentyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
667
21.11.2023, 10:32
Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Oxu24.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Baş nazir bundan əlavə, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2344 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2343 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə, "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2345 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə də sərəncam imzalayıb. Sərəncamların icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Qeyd edək ki, sərəncamlar noyabrın 17-də imzalanıb.
10:30 / 27 Sentyabr 2026
2
10:16 / 27 Sentyabr 2026
32
10:10 / 27 Sentyabr 2026
47
10:00 / 27 Sentyabr 2026
42
09:50 / 27 Sentyabr 2026
51
09:49 / 27 Sentyabr 2026
42
09:46 / 27 Sentyabr 2026
232
09:31 / 27 Sentyabr 2026
45
09:19 / 27 Sentyabr 2026
54
09:14 / 27 Sentyabr 2026
77
09:09 / 27 Sentyabr 2026
50
08:36 / 27 Sentyabr 2026
65
08:21 / 27 Sentyabr 2026
922
07:53 / 27 Sentyabr 2026
77
07:47 / 27 Sentyabr 2026
69
01:36 / 27 Sentyabr 2026
1317
01:03 / 27 Sentyabr 2026
240
00:54 / 27 Sentyabr 2026
82
00:37 / 27 Sentyabr 2026
1569
00:20 / 27 Sentyabr 2026
90
00:06 / 27 Sentyabr 2026
94
23:58 / 26 Sentyabr 2026
466
23:09 / 26 Sentyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.