VƏTƏNİ HƏR ŞEYDƏN UCA TUTDULAR - Milli Məclisin deputatı Ceyhun Məmmədov
27 Sentyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
715
21.11.2023, 13:22
Mənbələr Muhəmmədin Peyğəmbərin ﷺ Fil hadisəsindən 50 gün sonra, Fil ilində Rabiul-Əvvəl ayının on ikisi və ya doqquzu bazar ertəsi günü Məkkədə dünyaya gəlmişdi. Bu, miladi təqvimlə 20 aprel 571-ci ildə baş vermişdir.
Rəvayət edilir ki, Allah Elçisinin ﷺ anası Əminə bint Vəhb danışırmış ki, o, Allah Elçisinə ﷺ hamilə olduğu zaman yuxuda ona deyilmişdi: "Sən bu millətin başçısına hamiləsən, onu dünyaya gətirəcəyin zaman: "Ona "bütün həsəd aparanların şərindən tək olan Allaha sığınıram!" söyləyərsən, adını da Muhəmməd qoyarsan". (İbn Hişam, 1/293. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1545, 1925). Peyğəmbər ﷺ özü belə buyurmuşdur: "Allah dərgahında mən peyğəmbərlərin sonuncusu olaraq yazılmışam. Adəm torpaqdan yaradılıb. Mən İbrahimin duasıyam. Qardaşım İsanın müjdəsiyəm. Anam məni dünyaya gətirəndə bətnindən Şamda olan qəsrləri işıqlandıran bir nur çıxdığını görmüşdür". (Əhməd, 17163, 17203, 17295. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2085).
Həssan ibn Sabit demişdir: "Allaha and olsun ki, mən yeddi-səkkiz yaşında ağlı kəsən uşaq idim və hər bir şeyi dərk edirdim. Bir bir yəhudinin Yəsrib (Mədinə) qalasının üzərindən uca səslə: "Ey yəhudilər!" deyə qışqırdığını eşitdim. Onun ətrafına toplaşan yəhudilər soruşdular: "Vay halına! Nə baş verib?" O: "Bu gecə peyğəmbərin doğulacağını xəbər verən Əhməd ulduzu görünmüşdür!" bağırdı. Mən Səid ibn Abdur-Rahmən ibn Həssan ibn Sabitdən soruşdum: "Allah Elçisi Mədinəyə gələndə Həssan ibn Sabitin neçə yaşı var idi?" O cavab verdi: "Allah Elçisi Mədinəyə hicrət edəndə Həssan ibn Sabitin altmış, Allah Elçisinin ﷺ isə əlli üç yaşı var idi. Deməli, yəhudinin dediyi sözləri eşidən zaman Həssanın yeddi yaşı olub". (İbn Hişam, 1/196, 295).
Əminə Allahın Elçisini dünyaya gətirdikdən sonra körpənin babası Abdul-Muttalibə belə bir xəbər göndərildi: "Sənin oğul nəvən dünyaya gəlmişdir, gəl ona bax!" Abdul-Muttalib gəlib nəvəsinə baxdı və qonaqlıq verdi. Əminə hamilə olduğu zaman gördüyü yuxunu, yuxuda ona deyilmiş sözləri və hansı adın qoyulmasının əmr olunduğunu Abdul-Muttalibə bildirdi". (İbn Hişam, 1/296).
10:30 / 27 Sentyabr 2026
2
10:16 / 27 Sentyabr 2026
32
10:10 / 27 Sentyabr 2026
47
10:00 / 27 Sentyabr 2026
42
09:50 / 27 Sentyabr 2026
51
09:49 / 27 Sentyabr 2026
42
09:46 / 27 Sentyabr 2026
232
09:31 / 27 Sentyabr 2026
45
09:19 / 27 Sentyabr 2026
54
09:14 / 27 Sentyabr 2026
77
09:09 / 27 Sentyabr 2026
50
08:36 / 27 Sentyabr 2026
65
08:21 / 27 Sentyabr 2026
922
07:53 / 27 Sentyabr 2026
77
07:47 / 27 Sentyabr 2026
69
01:36 / 27 Sentyabr 2026
1317
01:03 / 27 Sentyabr 2026
240
00:54 / 27 Sentyabr 2026
82
00:37 / 27 Sentyabr 2026
1569
00:20 / 27 Sentyabr 2026
90
00:06 / 27 Sentyabr 2026
94
23:58 / 26 Sentyabr 2026
466
23:09 / 26 Sentyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.