Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp"da süni intellektlə bağlı YENİLİK - FOTO

\\\"WhatsApp\\\"da süni intellektlə bağlı YENİLİK - FOTO

CƏMİYYƏT

398

17.11.2023, 16:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"WhatsApp" messencerinin beta versiyasında indi süni intellektə əsaslanan yazışmanı işə salmaq üçün düymə mövcuddur.
 
OXU24.COM  bildirir ki, bu barədə məlumat "WABetaInfo" portalı məlumat yayıb.
 
Yenilik messencerin "Android" üçün 2.23.24.26 nömrəli beta versiyasında müşahidə edilib.
 
İndi "Söhbətlər" pəncərəsində yeni dialoq yaratmaq üçün düymənin üstündə AI ilə söhbətlərə start verən kəsə yol var.
 
Üstəlik, hazırda yalnız məhdud sayda istifadəçinin süni intellektlə söhbətlərə girişi mümkündür.
 
Xatırladaq ki, "WhatsApp" generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib.