Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
27 Sentyabr 2026, 12:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
799
17.11.2023, 11:22
“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza dövlət qurumları ilə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
“SİMA İmza”nın yeni tərəfdaşı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) olub. Güzəştlə mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək məqsədilə “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaq imkanı yaradılıb.
Artıq MİDA-nın sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən vətəndaşlar “SİMA İmza”dan istifadə edərək “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçə, mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetlərinə daxil ola və satış günü mənzil seçimi ərizələrini imzalaya bilərlər.
Bundan əlavə, mənzilləri kreditlə əldə etmək istəyən şəxslər əvvəlcədən razılıq alınmış agent banklarla kredit müqaviləsini “e-gov.az” üzərindən “SİMA İmza” vasitəsilə imzalaya bilərlər.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən açıqlanan məlumata əsasən, 16 dekabr 2023-cü il tarixində saat 11:00-da Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumilikdə 432 mənzilin satışı həyata keçiriləcək.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
12:06 / 27 Sentyabr 2026
1
11:52 / 27 Sentyabr 2026
66
11:44 / 27 Sentyabr 2026
40
11:35 / 27 Sentyabr 2026
265
11:30 / 27 Sentyabr 2026
42
11:28 / 27 Sentyabr 2026
39
11:04 / 27 Sentyabr 2026
399
11:00 / 27 Sentyabr 2026
99
11:00 / 27 Sentyabr 2026
47
10:50 / 27 Sentyabr 2026
144
10:40 / 27 Sentyabr 2026
50
10:37 / 27 Sentyabr 2026
61
10:33 / 27 Sentyabr 2026
113
10:30 / 27 Sentyabr 2026
55
10:16 / 27 Sentyabr 2026
58
10:10 / 27 Sentyabr 2026
66
10:00 / 27 Sentyabr 2026
51
09:50 / 27 Sentyabr 2026
66
09:49 / 27 Sentyabr 2026
55
09:46 / 27 Sentyabr 2026
443
09:31 / 27 Sentyabr 2026
55
09:19 / 27 Sentyabr 2026
72
09:14 / 27 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.