Qaynar xətt:

(+99450) 247 90 86

Metroda evlilik təklif etdi - həbs olundu

Metroda evlilik təklif etdi - həbs olundu

CƏMİYYƏT

411

16.11.2023, 15:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın paytaxtı Moskvada gənc oğlan sevgilisinə metroda evlilik təklifi etdiyi üçün həbs edilib.

OXU24.COM  bildirir ki, o, noyabrın 7-də metronun VDNKh stansiyasında sevgilisindən onunla evlənməsini istəyib.

Sevgilisi ilə birlikdə metroya enib, stol və stullar düzərək, yemək və sərinləşdirici içki çıxardıb.

Daha sonra diz çökərək evlilik təklifi etdi.

 

Moskva sakini bütün bunları videoya çəkib və sonradan internetdə yerləşdirib.
Ətraflı

Onun sözlərinə görə, ertəsi gün polis onu və nişanlısını iş yerinə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cütlükdən izahat alaraq axşam saatlarında stansiyaya gəlmələrini istəyiblər, amma nə gənc, nə də sevgilisi buna əməl edib.

Təklifdən bir gün sonra kişi və sevgilisi saxlanılıb. Onlar xırda xuliqanlıq maddəsi ilə ittiham olunublar.

O, beş sutka həbs edilib, nişanlısı isə min rubl cərimə ödəməli olub.