Şahin Bağırov ƏMR İMZALADI
27 Sentyabr 2026, 12:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
354
15.11.2023, 17:24
Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir.
OXU24.COM bildirir ki, bu barədə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə, həmçinin qeyd edilib: "Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir".
Son on il ərzində Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərdiyini xatırladan Birinci xanım Mehriban Əliyeva vurğulayıb: "Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır".
12:38 / 27 Sentyabr 2026
1
12:29 / 27 Sentyabr 2026
22
12:06 / 27 Sentyabr 2026
43
11:52 / 27 Sentyabr 2026
102
11:44 / 27 Sentyabr 2026
52
11:35 / 27 Sentyabr 2026
389
11:30 / 27 Sentyabr 2026
54
11:28 / 27 Sentyabr 2026
44
11:04 / 27 Sentyabr 2026
497
11:00 / 27 Sentyabr 2026
115
11:00 / 27 Sentyabr 2026
51
10:50 / 27 Sentyabr 2026
168
10:40 / 27 Sentyabr 2026
84
10:37 / 27 Sentyabr 2026
65
10:33 / 27 Sentyabr 2026
126
10:30 / 27 Sentyabr 2026
59
10:16 / 27 Sentyabr 2026
63
10:10 / 27 Sentyabr 2026
70
10:00 / 27 Sentyabr 2026
56
09:50 / 27 Sentyabr 2026
69
09:49 / 27 Sentyabr 2026
59
09:46 / 27 Sentyabr 2026
495
09:31 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.