Qaynar xətt:

(+99450) 247 90 86

Şahin Mustafayev Xankəndiyə getdi - SON DƏQİQƏ

Şahin Mustafayev Xankəndiyə getdi - SON DƏQİQƏ

CƏMİYYƏT

379

02.10.2023, 13:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni icmasını təmsil edən şəxslər, həmçinin erməni sakinlər arasında növbəti görüş keçiriləcək.

OXU24.COM  xəbər verir ki, görüş Xankəndi şəhərində baş tutacaq.

Bir neçə gün öncə Baş nazirin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.