Bakının bu ərazilərində 3-6 saat işıq OLMAYACAQ
28 Sentyabr 2026, 05:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
334
30.09.2023, 22:24
Xəbər verdiyimiz kimi, 2013-2023-cü illərdə separatçı qurumun "prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində" işləmiş David Babayan ötən gün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
OXU24.COM xəbər verir ki, onun 2020-ci il oktyabrın 17-də, Azərbaycanın Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Separatçı David Babayan Cinayət Məcəlləsinin bu maddələri ilə ittiham olunur:
- 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma) - Bu maddənin sanksiyasında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- 100.2. Təcavüzkar müharibəni aparma - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə.
114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə) - 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) - 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- 214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə) - əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) - əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, D.Babayan barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunub.
06:09 / 28 Sentyabr 2026
84
05:49 / 28 Sentyabr 2026
103
05:25 / 28 Sentyabr 2026
121
00:12 / 28 Sentyabr 2026
116
00:09 / 28 Sentyabr 2026
150
23:44 / 27 Sentyabr 2026
3447
23:31 / 27 Sentyabr 2026
89
23:24 / 27 Sentyabr 2026
96
23:06 / 27 Sentyabr 2026
88
23:02 / 27 Sentyabr 2026
378
22:58 / 27 Sentyabr 2026
85
22:55 / 27 Sentyabr 2026
98
22:37 / 27 Sentyabr 2026
762
22:03 / 27 Sentyabr 2026
99
21:49 / 27 Sentyabr 2026
850
21:30 / 27 Sentyabr 2026
327
21:29 / 27 Sentyabr 2026
77
21:12 / 27 Sentyabr 2026
231
21:06 / 27 Sentyabr 2026
74
21:00 / 27 Sentyabr 2026
159
20:59 / 27 Sentyabr 2026
95
20:47 / 27 Sentyabr 2026
264
20:38 / 27 Sentyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.