Sumqayıt yolunda ağır qəza olub - FOTOLAR
28 Sentyabr 2026, 08:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
462
29.09.2023, 10:54
Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı.
OXU24.COM medicina.az-a istinadla xəbər verir ki, bu sensasion açıqlama ilə tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov çıxış edib.
Onun fikrini belə izah edib:
"Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok olsaydı, hipotenziya taxikardiya ilə birlikdə olardı və həkimlər tərəfindən tez bir zamanda, asanlıqla itirilən maye bərpa olunardı. Və ya arıqlatma dərmanlarının yan təsiri - hipoglikemik koma yaransa, hansı ki, bu praktik olaraq real deyil, və + MKX kimi yerdə hipoglikemiyadan ölüm mümkün deyildi. Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi".
Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını dəyişib.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
08:31 / 28 Sentyabr 2026
1
08:17 / 28 Sentyabr 2026
122
06:09 / 28 Sentyabr 2026
143
05:49 / 28 Sentyabr 2026
138
05:25 / 28 Sentyabr 2026
155
00:12 / 28 Sentyabr 2026
153
00:09 / 28 Sentyabr 2026
172
23:44 / 27 Sentyabr 2026
5203
23:31 / 27 Sentyabr 2026
105
23:24 / 27 Sentyabr 2026
114
23:06 / 27 Sentyabr 2026
100
23:02 / 27 Sentyabr 2026
443
22:58 / 27 Sentyabr 2026
91
22:55 / 27 Sentyabr 2026
107
22:37 / 27 Sentyabr 2026
871
22:03 / 27 Sentyabr 2026
107
21:49 / 27 Sentyabr 2026
1113
21:30 / 27 Sentyabr 2026
393
21:29 / 27 Sentyabr 2026
79
21:12 / 27 Sentyabr 2026
302
21:06 / 27 Sentyabr 2026
77
21:00 / 27 Sentyabr 2026
165
20:59 / 27 Sentyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.