Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
839
az

Bakıdan Rusiya sərhədinə yeni yolu çəkilir - Prezident 25 milyon ayırdı

17:3119 Aprel, 2018
1095
  • A
 Azərbaycan prezidenti İlham Əliyev “M-1 Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Oxu24.com -un  məlumatına görə, sərəncama əsasən M-1 Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132.7-ci km-dən 192.24-cü km-dək hissəsinin I kateqoriyaya uyğun olaraq tikintisi layihəsinin davam etdirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində islahatlarla bağlı xərclər üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 25 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sərəncamda qeyd edilib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Xatırladaq ki, bundan öncə Azərbaycan prezidentinin “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 19 fevral 2018-ci il tarixli sərəncamına əsasən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhərlər qaraçörəkotu çeynəmək hansı problemləri aradan qaldırır?
İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA
Azərbaycan paraüzgüçüsü Fransada gümüş qazandı

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü