Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8339
az

Daha 3 restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB

18:2727 Dekabr, 2018
1026
CƏMİYYƏT
  • A
Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosfer havasının çirkləndirməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması üçün xəbərdarlıq bildirişi göndərilib: "Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Lakin bu yaxınlarda 474 iaşə obyektində monitorinq aparılarkən məlum oldu ki, onların 307-də təmizləyici artıq qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".

V.Kərimov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmələrə təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə müraciət edib. Artıq 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev əlavə edib ki, şadlıq saraylarının sahibləri milyon manatlar xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü