Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi açıqlama yaydı:Azərbaycan Ordusunun qoşun növləri...

Müdafiə Nazirliyi açıqlama yaydı:Azərbaycan Ordusunun qoşun növləri...

CƏMİYYƏT

548

09.02.2023, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar keçirilən praktiki məşğələlər uğurla icra olunur.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılan bölmələr təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Raket və Artilleriya Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılıqlı əlaqədə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətləri praktiki yerinə yetiriblər.

Qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişafı, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.