Şuşa əməliyyatı ilə bağlı mühüm DETAL AÇIQLANDI: Düşmən ərazidəki keçidləri ...
07 Noyabr 2026, 11:08
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
241
06.10.2026, 18:55
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
Müdafiə Nazirliyindən Oxu24.com -a verilən məlumata görə, Özbəkistan Respublikasında keçirilən təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırlmasına yönəldilib.
Plana əsasən itirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi, eləcə də müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən, xüsusi vasitələrdən gündüz və gecə şəraitində atışlar yerinə yetiriblər.
Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda birgə təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, xatirə şəkilləri çəkdirilib.
12:22 / 08 Noyabr 2026
1
12:17 / 08 Noyabr 2026
24
12:16 / 08 Noyabr 2026
29
12:14 / 08 Noyabr 2026
35
12:05 / 08 Noyabr 2026
96
11:59 / 08 Noyabr 2026
212
11:52 / 08 Noyabr 2026
92
11:48 / 08 Noyabr 2026
77
11:45 / 08 Noyabr 2026
73
11:40 / 08 Noyabr 2026
6843
11:37 / 08 Noyabr 2026
77
11:29 / 08 Noyabr 2026
78
11:06 / 08 Noyabr 2026
230
11:04 / 08 Noyabr 2026
99
10:58 / 08 Noyabr 2026
120
10:54 / 08 Noyabr 2026
118
10:23 / 08 Noyabr 2026
114
10:14 / 08 Noyabr 2026
217
10:10 / 08 Noyabr 2026
102
10:07 / 08 Noyabr 2026
115
10:00 / 08 Noyabr 2026
328
09:40 / 08 Noyabr 2026
127
09:23 / 08 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.