Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81799
az

Duz niyə süfrənin bərəkəti sayılır?

17:4704 Fevral, 2023
143
CƏMİYYƏT
  • A

Duz elə qida məhsullarındandır ki, müalicəvi xarakterə malikdir. Əhli-beyt (ə) həmişə ifrat edilmədən ondan istifadə etməyi tövsiyə etmişdir.

Hədislərin bir çoxunda oxuyuruq ki, yeməyə başlamazdan əvvəl bir qədər duz yemək lazımdır. Bu duz yeməkdən əvvəl mədənin şirəsini təşkil edən turşuları hazırlayır və həm də mikrob əleyhinə bir fəza yaradır. Ancaq yemək arası duz yemək və ya ifrat etmək qan təzqiyini artırar və mədəni zədələyər. Ən yaxşı duz - dəniz duzudur. Bu duzun heç bir ziyanı yoxdur.

İmam Əli (ə) buyurur: "Yeməkdən əvvəl duz yeyin. Əgər insanlar duzun hansı xüsusiyyətə malik olduğunu bilsəydilər, dərman yerinə onu seçərdilər". Başqa yerdə buyurur: "Əgər süfrədə duz olmazsa, o süfrədə bərəkət olmaz".

İmam Sadiq (ə) buyurur: "Əgər hər kim birinci tikəsi ilə bir yerdə duz yeyərsə, üzündəki qara və ağ ləkələr aradan gedər".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yeməkdən əvvəl bir qədər duz yeyərsə, Allah 330 növ bəla və xəstəliyi ondan uzaq edər ki, onların ən kiçiyi cüzam xəstəliyidir".

İmam Əli (ə) buyurur: "Duzu olmayan süfrədə hazır olmayın, bədənin sağlamlığı ondadır ki, yeməkdən əvvəl bir qədər duz yeyəsən".

Həşam ibni Salim İmam Sadiqdən (ə) nəql edir ki, Peyğəmbərimiz (s) İmam Əliyə (ə) buyurmuşdur: "Ya Əli! Yeməyi duzla başla və duzla bitir. Çünki əgər hər kim belə edərsə, 72 xəstəlikdən amanda olar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş