Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8177
az

25 ilin naziri,Daxili təhlükəsizliyin təminatçısı - Ramil Usubovun doğum günüdür

11:3022 Dekabr, 2018
1018
CƏMİYYƏT
  • A
Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubovun doğum günüdür.

Oxu24.com  xəbər verir ki, nazir bu gün 70 yaşını qeyd edir.

Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1970-ci ildən daxili işlər orqanlarında, cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı (Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə ikinci dəfə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub, qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunub.

29 iyun 2018-ci ildə Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ