Qaynar xətt:

(+99450) 247 90 86

Mübarizi təhqir edən "psixoloq" hansı maddə ilə məhkəmə qarşısına çıxacaq? - Mətbuat konfransı keçirildi +VİDEO

2018-12/1545375533_48412278_761661080834869_3484011882069622784_n_1545031812.jpg

CƏMİYYƏT

2610

21.12.2018, 11:02

Xəbər verdiyimiz kimi   Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.
Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu,Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.Oxu24.com xəbər  verir  ki,  Dünən bununla bağlı  vəkil  Ramil  Rüstəmovun və Fövqaladə Hallar Nazirliyinin mayoru Araz  Musayevin  iştirakı  ilə  mətbuat  konfransı  keçirilib. Mətbuat konfransında Nərmin Şahmarzadəyə qarşı irəli sürülən ittiham elan olunub. Vəkil  bildirib  ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Onun sözlərinə görə, işə Xətai rayon Məhkəməsində baxılacaq: "Artıq şikayət icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib". Fövqaladə Hallar  Nazirliyinin  mayoru  çıxışında  Mübariz İbrahimovun  öz torpaqlarımızda şəhid olduğunu və onun heç bir ölkənin sərhədlərini qanunsuz pozmadığını qarşı tərəfin diqqətinə çatdırıb. Konfransdan ətraflı videonu təqdim edirik: Aynur Kazımlı  Oxu24.com