Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8142
az

Kapital Bank-ın rəhbərliyi əsgərlər və şəhid ailələri ilə görüşdü - FOTOLAR

10:1921 Dekabr, 2018
847
CƏMİYYƏT
  • A

Kapital Bank 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində növbəti sosial layihə həyata keçirib.

Oxu24.COM xəbər verir ki, layihə çərçivəsində Bankın İdarə Heyətinin sədri, müavinləri, üzvləri, bir sıra departament direktorları və yaxın rayonlarda olan filialların direktorları hərbi hissədə əsgər və zabit heyəti, Qarabağ qaziləri, həmçinin şəhid ailələri ilə görüş keçirib.

Layihəni həyata keçirməkdə məqsəd, vətən uğrunda canından keçmiş şəhidlərin yaxınlarına, həmçinin hazırda vətənimizin keşiyində duran əsgərlərə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirməkdir. Ailələrindən, evlərindən uzaq olan əsgərlərə birgə bayram qeyd etmək, əsgərlərin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir.

Tədbir zamanı Bankın rəhbərliyi Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəyə baxış keçiriblər, əsgərlər üçün yaradılan şəraitlə tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Görüşdən sonra əsgərlərə və şəhid ailələrinə bayram sovqatı paylanılıb. Bundan başqa hərbi hissəyə, əsgər və zabitlərin ümumi istifadəsi üçün hədiyyələr də təqdim olunub.

Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, əsgərləri, zabitləri, müharibə veteranarını və şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib və tədbirin keçirilməsində dəstək olan müdafiə naziri Zakir Həsənova və hərbi hissənin komandirinə təşəkkürünü bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
XƏBƏRDARLIQ! Bu ərazilərdə daşqın gözlənilir
Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Həbsdə olan oğluna psixotrop maddə keçirmək istəyən ana saxlanıldı