Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8092
az

“Belə çıxır ki, Təhsil Nazirliyi özünün verdiyi sənədi tanımır?” - QALMAQAL

18:2119 Dekabr, 2018
1100
CƏMİYYƏT
  • A
 “Türkiyədə təhsil alan 15 min nəfər azərbaycanlı tələbədən 13 mini universitetlərə məhz attestatla qəbul olunanlardır”.

Oxu24.com bildirir ki, bu fikirləri Yenicag.az açıqlamasında Azərbaycan Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Qurumu (YÖK) arasında imzalanan və azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərə qəbulunda Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrinin əsas götürülməsi tələbi yer alan əməkdaşlıq protokoluna münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədovun sözlərinə görə, Təhsil Nazirliyi belə bir sənədə qol qoymaqla, özünün verdiyi sənədin hüquqiliyini şübhə altına alır:

“Bu, Azərbaycan vətəndaşlarının təhsil hüququnun tapdalanmasıdır. Nəyə görə? Birincisi, Azərbaycan tərəfi xarici bir ölkəyə qəbul qaydaları ilə bağlı tövsiyə vermək hüququna malik deyil.

Mən düzü, bunu rəsmi olaraq, Azərbaycan tərəfdən görməsəm də, Türkiyədəki bir neçə mənbədə gördüm ki, Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Yüksək Eyitim Qurumu arasında belə bir müqavilə imzalanıb ki, orada Azərbaycandan gələn tələbələrin qəbulu zamanı attestat deyil, Dövlət İmtahan Mərkəzinin nəticələri əsas götürülsün.

Əgər həqiqətən də belə bir sənəd imzalanıbsa, bu o deməkdir ki, Azərbaycan tərəfi öz sənədinə inanmır. Yəni attestat həmin şəxsin tam təhsil alması, minimum bilik və bacarıqlara malik olması barədə məlumat deməkdir. Ancaq belə çıxır ki, Təhsil Nazirliyi özünün verdiyi sənədi tanımır və hüquqi sənəd olaraq qəbul etmir”.

Kamran Əsədov əmindir ki, Türkiyə universitetləri öz reytinqlərini nəzərə alaraq, bu məhdudlaşdırmanı qəbul etməyəcəklər. Eyni zamanda, ekspertin fikrincə, Azərbaycandan təhsil almaq üçün xarici ölkələrə axının qarşısını administrativ metodlarla almaq mümkün deyil:

“Dünyanın ən reytinqli universitetləri sadəcə, adi sənədlə, yalnız bilgiləri yoxlamaqla qəbul həyata keçirirlər. Düzdür, bunu ona görə edirlər ki, Azərbaycandan kənara kütləvi şəkildə tələbə axını olmasın.

Baxsaq, bu gün yalnız Türkiyədə 15 min nəfər azərbaycanlı gənc oxuyur və onların 13 mindən çoxu məhz attestatla qəbul olunanlardır. Onlar Azərbaycanda keçirilmiş qəbul imtahanlarında qəbul ola bilməyiblər və gediblər. Ancaq bu qərar insanların təhsil almaq hüququnun tapdalanması deməkdir.

Lakin Azərbaycandan gedənlərin heç də hamısı sadəcə, tələb olunan qədər bal toplamayanlar deyil. Eyni zamanda, Azərbaycandakı təhsilin keyfiyyəti onları qane etmir və ona görə də gedirlər. Digər tərəfdən, orada təhsil haqqı Azərbaycanla müqayisədə aşağıdır. Yəni əsas məsələlər var ki, onları aradan qaldırmaq lazımdır.

Yenə deyirəm, o qərar hüquqi təsiri olmayan tövsiyə xarakterli qərardır. Çünki Türkiyənin muxtariyyata malik 168 universiteti var və qəbul qaydalarını da onların özləri müəyyənləşdirirlər – bu qərar onlar üçün yalnız tövsiyə xarakteri daşıya bilər. Hazırda Türkiyə unvirsitetlərinin reytinqinə məhz xaricdən gələn tələbələr təsir göstərir və onların da sayı 850 min nəfərdir, onlar buna görə xeyli gəlir əldə edirlər.

Mən bu qərarı müsbət hesab etmirəm və düşünürəm ki, Azərbaycanda təhsilin keyfiyyətini artırmaqla, təhsil haqqını aşağı salmaqla xaricə gedişin qarşısını almaq olardı. Amma bunu administrativ qaydada həll etmək o qədər də effektiv olmayacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ