Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8085
az

İtkin düşən neftçinin ailəsindən şok : Bank 5000 manatı sildiyini desə də

16:0619 Dekabr, 2018
1164
CƏMİYYƏT
  • A
 2015-ci ilin dekabrında SOCARın GÜNƏŞLİ platforması və NEFT DAŞLARInda baş verən faciədə həlak olan neftçi Bəhman Cəfərovun oğlu sensasion fikirlər səsləndirib.

Oxu24.com xəbər verir ki, həlak olan neftçinin  oğlu  Bəhruz  Cəfərov  Azərbaycan Beynəlxalq Bankının ünvanınına ittihamlar səsləndirib. Onun sözlərinə görə, Beynəlxalq Bankın rəhbərliyi məlum faciədən sonra həlak olan neftçilərin borclarını bağışlandığını açıqlasa da, atasının adına 5000 manata yaxın borcun qaldığı məlum olub. Bəhruz Cəfərovun fikirlərini olduğu  kimi təqdim edirik:

"Yoldaşlar, bildiyiniz kimi, atam Cəfarov Bəhman 04.12.2015 tarixində SOCARın GÜNƏŞLİ platforması və NEFT DAŞLARInda baş verən faciədə həlak olub. Həmin vaxt bütün neftçilərin, o cümlədən də atamın da kredit borcunun bağlandığını bildirmişdilər. Həmin tarixdən 3 il keçdikdən sonra, heç bir xəbərdarlıq, məhkəmə və s.olmadan atamın ona zamin duran iş yoldaşından nə az, nə çox düz maaşının yarısı həmin kreditə görə tutulmağa başlıyıb. Bank deyir ki, bilmirik, necə olub, amma həmin kredit bağlanmayıb. 5000 manata yaxın qalıq borcu ödəməlisiniz deyirlər. Ölkə başçısına da müraciət eləmişik, ümid edirik ki, kömək edəcəklər. Amma ABB-nin bu vicdansız hərəkəti çox məntiqsiz oldu. Necə olur ki, hamının krediti bağlanır, amma bizim naməlum səbəbdən borcumuz bağlanmır. Əlavə olaraq, 51 faiz dövlətə məxsus olan bir bankın dövlətin iqtisadiyyatı yolunda canını itirmiş bir neftçinin 5000 manatını bağlamağa gücü çatmırsa, onda deməyə söz qalmır."

Bəhruz Cəfərovun iddiaları ilə bağlı Beynəlxalq bankın Mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli qeyri-rəsmi açıqlama verib.O, məsələnin nəzarətə götürüldüyünü və araşdırmadan sonra açıqlama veriləcəyini bildirib.

Daha sonra Bəhruz Cəfərov bildirib ki, ABB  rəhbərliyinə  şəxsən  müraciət  etsə  də, dolayı cavablar verilib, vaxt uzadılır və ən əsası bu proseslər gedərkən yalnız son 2 ay ərzində zamindən 2343 AZN vəsait tutulub.

"Bu azmış kimi, 2 gün əvvəl heç bir xəbərdarlıq filan edilmədən zaminin maaş kartı bloklanıb, aidiyyatı filialdan bildiriblər ki, kart baş ofisdən bloklanıb. Dünən kart sahibi gedib baş ofisə, bildiriblər ki, kartı elə-belə bloklayıblar ki, zamin banka müraciət etsin, onu tanısınlar. Necə olur ki, bank əvvəl heç bir xəbərdarlıq və məhkəmə olmadan zaminin məvacibinin yarısını tutmağa başlıyır. Daha sonra bununla yetinmir, hətta kartı da bloklayır. Bu qədər saymamazlıq və özbaşınalıq etmək doğru deyil.", deyə o qeyd edib.


Oxu24.com məsələ ilə bağlı Beynəlxalq Banka  sorğu ünvanlayıb.

Aynur Kazımlı
oxu24.com



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən üçün xəzinədir: Mütəxəssislərin israrla tövsiyə etdiyi dünyanın ən sağlam qidası
Ən dəqiq namaz vaxtları
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ağır qəza yenə can aldı