Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8072
az

Pul ağacı həm də sağaldır - Ayaqlarınızı bununla silin, pulunuz cibinizdə qalsın

23:4318 Dekabr, 2018
797
CƏMİYYƏT
  • A
 Pul ağacı kimi tanınan (krasula) otaq bitkisinə ofislərdə və evlərdə rastlamaq mümkündür. Pul gətirəcəyinə inanılaraq saxlanılan bu bitkinin bir çox faydalı xüsusiyyətləri də mövcuddur.

Oxu24.com xəbər verir ki, pul ağacının yarpaqlarında çox miqdarda efir yağları, flavonoidlər var. Hətta kiçik bir pul ağacı bitkisi otağın havasını təmizləyə və ev sakinlərinin əsəblərini sakitləşdirə bilir. Bu bitkinin şirəsi güclü bakteriosid, virusəleyhinə, iltihabəleyhinə, regenerasiyaedici xüsusiyyətlərə malikdir.

Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir:

•Oynaq xəstəlikləri (artrit, artroz, podaqra);
•Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri;
•Varikoz;
•Revmatizm, 3-lü sinirin soyuqdəyməsi;
•Babasil;
•Pielonefrit, sistit;
•Herpes, angina;
•Döyənək, yanıq, kəsik, həşərat dişləməsi, əzələ dartılması və s.

Bu bitkidən əsasən xaricə tətbiq üçün bir sıra məlhəmlər, mazlar hazırlanır. Şirəsindən kompreslər edilir. Mədə-bağırsaq xəstəlikləri zamanı isə səhərlər acqarına bu bitkinin 2 ədəd yarpağını çeynəyərək udmaq yaxşı nəticə verir. Udduqdan 1 saat sonra səhər yeməyi yemək olar.

Pul ağacının şirəsindən edilən kompress artrit, yanıq, dəri üzərində olan yaralar, həmçinin herpes zamanı yaxşı təsir göstərir. Tonzillit və angina zamanı bu bitkinin şirəsi ilə boğazı qarqara etmək çox effektlidir. Babasil zamanı pul ağacı bitkisinin şirəsini vazelinlə qarışdırın. Pambığı həmin məhlulda isladaraq babasil düyününün üzərinə qoyun.  

Varikoz xəstəliyi zamanı da pul ağacından hazırlanan dərmandan istifadə yaxşı effekt verir. Bu zaman aşağıdakı terapiya kursu tətbiq edilməlidir: ay ərzində 3 dəfə ayaqları pul ağacının yarpaqlarından hazırlanmış spirtli məhlulla silmək lazımdır. Hazırlanması isə belədir: 20 ədəd yarpağı blenderdən keçirin, üzərinə 250 ml araq tökün. Qarışığı şüşə qaba boşaldaraq 3 həftə qaranlıq yerdə saxlayın. İstifadədən əvvəl süzün.

Böyrək iltihabı zamanı isə 5 ədəd pul ağacı yarpağını xırda-xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün. Tam soyuduqdan sonra isə məhlulu tənzifdən süzün. Yeməkdən 15 dəqiqə əvvəl 1 x/q için.

Orqanizmə xeyirindən əlavə bu bitkinin bir sıra yan təsirləri də mövcuddur. Belə ki, daxilə qəbul zamanı həddi aşmaq olmaz. Əks halda ürəkbulanma, qusma və qarın ağrısı, huşun itməsi ilə müşayiət olunan zəhərlənmə yaşana bilər.

Bundan əlavə, pul ağacı 12 yaşdan aşağı uşaqlar üçün də bir sıra əks göstərişlərə malikdir. Həmçinin də hamilə və süd əmizdirən qadınlar da bu bitkidən uzaq dursalar yaxşı olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ