Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8045
az

Mübarizin son gecəsi: Namazdan sonra əl açıb tanrıya dua etdikdən sonra...- İlk dəfə eşidəcəyiniz faktlar

11:2018 Dekabr, 2018
2080
CƏMİYYƏT
  • A
 Qəhrəman ruhla Qarabağa doğan GÜNƏŞ

OSMAN NƏRİMANOĞLU YAZIR: - Milli Qəhrəmanımız MÜBARİZ İBRAHİMOVUN REAL QƏHRƏMANLIQ hekayəsi onu qəbul etməyənlərə də İBRƏT və QANMAQ DƏRSİ ola bilər!

"...Həmin gün cəbhəboyu atəşkəsin pozulması bütün şəxsi heyəti səfərbər etmişdi. İriçaplı pulemyotlar, pusqudakı snayperlər danışırdı. Bu dəfə deyəsən fərqliydi, cavab atəşi düşməni susdurmağa yetmirdi...
Neçə gün idi ki, səngərdən-səngərə atmaca atan erməni dığalarının “Ey turk, indi də Nərmininiz doğdu, uşaq da Andranikdəndi” deyib bağırmaları, “bacılarınızla burda kef edirik, duxunuz var gəlin, ha..ha..ha.. Arçax da, Qarabağ da bizimdir!.. hay turk..” nidaları əsgərlərimizi qəzəbləndirmişdi. Bu qəzəb elə qəzəb idi ki,... Bu qəzəb doğma Ağdamımızdan və Tərtərin Çaylı kəndi yaxınlığındakı düşmən mövqelərindən yağış olub səngərimizə yağan erməni güllələrinin vıyıltısını da, səmada süzən xain mərmilərinin can axtarışını da üstələmişdi. Hamının hüzurunu pozmuşdu. Bu vahiməli nifrətin, bu vəhşətin hərarəti yayın istisini də unutdurub düyünlü hirsə dönüşmüşdü. Dişlərini qıcayıb qeyzindən ağlayan əsgərlər haylara cavab atəşi atanda avtomatdan çıxan gülləyə də qisasçı ruhu yaşadırdı. Tez-tez qərərgaha raport verən rabitəçilər isə komandirlərə qoşulub vazgenlərə lənət yağdırırdı. Bəlkə bu yolla bir az rahatlamağa çalışırdılar, amma çifayda, alınmırdı...

Gecəyə doğru atəş səsləri xeyli səngimişdi, amma ara-sıra yenə atırdılar...

Hərbi hissənin bütün komandir heyəti gecənin gərgin keçəcəyini düşünürdü və ayıq-sayıqlıq üçün naryadı daha təcrübəli əsgərlərdən təşkil etməyə qərar vermişdilər. Bölük komandirlərinin bir neçəsi səngərdə müqavimət göstərən gənc əsgərimizin yaralandığını, ötən gecə isə şəhid olan əsgərin dəfnində iştirak barədə danışırdılar. Mərhum əsgər əslən Biləsuvardan idi. Bu zaman zabitlər gizir Mübarizi yada saldı: “Mübariz də Biləsuvardan deyilmi? Bizim seyyid,.. İbrahimov! Bir ondan da soruşaq, bəlkə onu götürüb gedək, dəfnə. Adam seyyiddir, rayonda tanınmış ailədəndir. Bəlkə o, ata-anası ilə , bəlkə.. Çətin olacaq, axı, bu şəhidin ata-anasına necə deyəcəyik ki, balanı erməni gülləsi şəhid edib, onu gətirmişik. Off!, qoruya bilmədik. Ölüb yerə girməyəcəyikmi belə deyəndə?!... Evlənəcəyini də deyirdi zavallı, təxrisinə günlər qalmışdı. Çox da qorxmaz və cəsarətli idi... Ürəyim parçalanır, erməni köpəkuşaqları, öz torpağımızda bizə hər gün şəhid acısı yaşadır. Kaş...Kaş o güllə mənə dəyəydi, özü də başımdan, amma əsgərimə toxunmayaydı!”..

Araya sakitlik çökdü. Polkovnik bircə söz də desə idi, gözləri yaşarıb qəhərə boğulmuş komandir yoldaşları da, özü də lap uşaq kimi ağlayacaqdı...
Mübariz dəstəmazını alıb namaz otağına yollandı. Yorğun görünürdü. Amma könüllü ön postda gecə növbəsinə yazılmışdı. Ermənilərin təhqir dolu qışqırıqları hələ də qulağında cingildəyirdi. Komandirin dediklərini də düşünürdü. Qonşu kəndlərindən olan şəhidin ailəsinə təhvil veriləcəyi acı anın duyğusunu indidən yaşayırdı. Cəmi bir neçə dəqiqə əvvəl Mübariz komandirə cavabında: - “Sabaha hələ çox var, bəlkə bir möcüzə baş verəcək, dan yeri ağarıncaya qədər səngərdəki bütün ermənilər qırılacaq, dilləri də lal qalacaq!? Gecəni səhərə salamat çıxaq, bu barədə sonra danışarıq!” – deyərək kövrəlmişdi...

Namazdan sonra əl açıb tanrıya dua etdikdən sonra, Mübariz ağ kağıza tələm-tələsik nə isə yazdı. Sonra onu əlində məktub edib öz bölüyünə - kazarmaya yollandı...

Kazarmada heç kim yatmamışdı. Hamı döyüş əmrini gözləyirdi. Mübariz içəri girəndə bir neçə əsgər, ona: “Seyid!, komandir, bəlkə siz də bu adaşınıza – Mübarizə ağıl verəsiniz. Vaxtına bir neçə gün qalıb ey. Deyir ki, evə gedəsi deyiləm. Ali təhsilim də var. Deyir, zabit kimi xidmətimi davam etdirəcəm. Bu gün də 23 yaşı tamam oldu...”
Mübariz bunu eşidib adaşını əl verib qucaqladı, başı qarışdığından ad gününü unutduğu üçün üzrhaxlıq elədi: “ Hə, adaş uşaqlar doğru deyir, təxris ol, get evinə. Öz təhsilinlə də millətinə, dövlətinə layiqincə xidmət edəcəksən, buna əminəm. Bir də, yüz yaşayasan!..” – demişdi ki; “ Mübariz, deyəsən ikinci vətənpərvər Mübarizi həzm etmək istəmirsən?! Mən də özümü sənin kimi hərb işində sınamaq, güclü və cəsarətli olmaq, hətta, lap general olmaq istəyirəm. Axı Qarabağı Mübarizlər alacaq, qəti qərarımdı adaş, burda zabit kimi qalıram!”..
Silahdaşları ilə xeyli şirin söhbət etdikdən sonra, Mübariz saatına baxıb, silahını da təhvil alıb kazarmadan tələsik çıxdı. Ata-anasına yazdığı məktubu isə sabah göndərilsin deyə, bölük növbətçisinə təhvil verdi. Mübariz ən qabaqkı posta – naryada yollandı...
Göydə ulduzlar sayrışırdı, ayın işığı düşmən səngərinin ilan kimi qıvrıldığını aydınca göstərirdi. Mübariz narahat baxışlarını erməni tərəf zilləmişdi.

Yanındakı leytenant da, əsgərlər də onu heç belə fikirli görməmişdi:

- Nə olub Mübariz, sən yaman fikirlisən?!..
- Day nə olsun, bu qədər dözmək asan deyil. Son günlər erməni şərəfsizlər dincəlmir, güllə atsalar dərd yarı, indi də öz tərpağımızdan söyüşmü yağacaq üstümüzə? Bizi nə qədər namussuz, qeyrətsiz bilir axı, bu alçaqlar? Allah lənət eləsin bunlara!..
- Dözməliyik, səbr etməliyik, onsuz da müharibə əmri verilən kimi onların əngini əzib Qarabağı yağıdan azad edəcəyik..
- Qardaşlar, mən daha dözə bilmirəm...
Saat 23:30... Ətrafa tam sükut çökmüşdü. Bir az aralıda çay içib geri qayıdan gənc zabit əsgərdən Mübarizi soruşdu: “Hanı Mübariz?”..
Bu zaman erməni səngərində güclü atışma başladı. Hamı şokda idi. Leytenantın və yanındakıların gözü yaşardı. Mübariz açdığı atəşlə deyəsən onlara da öz yerini bildirmişdi...
Səngərdə olan 10-15 erməninin nəfəsi kəsilmişdi. Mübarizin güllələri hədəflərə dəqiq atılmışdı. “Ya Allah, Ya Mühəmməd, Ya Əli!” deyib düşmən postuna atılan gizir gözü gördüyü silah-sursatı çiyinlərinə asıb yenə irəli gedirdi...
Çaxnaşma yaşayan erməni sürüsü ətrafda vay-şivən qoparmışdı. Mübariz əlindəki minaatanla işığı yanan kazarmaları hədəfə aldı. Budur, kazarmalarda partlayış və yangın baş verdi, ölənlərin, yaralananların çoxluğu düşməni qorxudan geri qaçmağa sövq etmişdi. Növbəti atəç..və silah anbarı da partladı, yanında neçə erməni əsgəri vardısa, hamısını özü ilə göyə sovurdu...
Qorxaq haylar komandirlərinin əmrlərinə tabe olmayıb, dabanlarına tüpürüb geri qaçırdı. Mübariz isə əlindəki düşmən snayperi ilə bir rütbəli zabiti nişan almışdı. Atəş... Daha bir paqonlu erməni əl-qol yelləyir və hədəfdədir, dəqiq atəş... Daha biri... Daha biri...
Səhərə yaxın 100-dən artıq düşmənin sonuna çıxan Mübariz daha bir neçə kilometr ana vətənin qucağına sığınmışdı. Yenə döyüşə hazır dayanmışdı. Çox çəkmədi ki, yüzlərlə erməni əsgərlərinin maşınlara doluşub ona tərəf gəldiyini gördü. Qarşıdakı Kamaza atəş açdı. Yenidən güclü atışma başladı və Mübariz daha bir neçə ermənini cəhənnəmə vasil etdi. Amma, gülləsi bitirdi və bitdi...
Mübariz güclü atəşin altında sübh namazını qılıb allaha son dualarını etdi və həmin anına şükürlər oxudu: “İlahi, ana vətənimi bu kafirlərdən xilas et!, İlahi, sən özün Azərbaycan ordusuna rəşadət və güc-qüdrət ver! İlahi, Qarabağı öz sahibinə qaytar! İlahi, mənim vətənimə olan şəhadətimi qəbul et, Amin!”...

Mübarizə tərəf atılan güllələr elə bil ona dəymək istəmirdi. Düşmənin gülləsi də Mübarizin mübarizə əzmindən qorxmuşdu...
Snayperin ilk gülləsi Mübarizə açılanda əlində bıçaq sürünə-sürünə daha bir saqqallı erməniyə tərəf irəliləyirdi. Bayaqki kimi onu da al-qana qərq edəcəkdi. Bir az keçmişdi ki, namərdin atdığı ikinci güllə ayağına batdı.., sonrakılar isə kürəyindən.. daha bir neçə xain gülləsi Mübarizin bədəninə soxulmuşdu...


Mübariz İbrahimov əlində dalğalanan üçrəngli bayrağı Şuşada – ən yüksəklikdə yerə sancıb qışqırırdı. “Mən bunu bacardım, yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Bir də gördü ki, Şuşanın hər yerində yüzlərlə bayraq ucalır, özü kimi əsgər geyimli, cəngavər cüssəli Azərbaycan igidləri ona “afərin” deyir. Hamısı da lap özü kimi sevinirdi. Bir an qırpımında hər yer gül - gülüstan oldu. Bəli, GÜLÜSTAN! Budur, Mübarizi CƏNNƏTİN şəhidlik zirvəsində minlərlə gözləyəni vardı. Özü də Qarabağda!..
Beləcə, milli qəhrəmanımızın mübarək nəşi daha bir neçə saat ermənilərdə qorxu yaşadacaqdı...
Azərbaycan və Qarabağ adına bir şəhadət ruhu günəş olub o gecənin zülmətini, dəhşət və vəhşətini nurlandırmışdı. MÜBARİZİN SON GECƏSİ – Qəhrəman ruhu Qarabağa əsl GÜNƏŞ olub doğmuşdu..."
Osman Nərimanoğlu
P.S Milli qəhrəmanımız Mübariz İbrahimovu sevməmək vətənsizlik, millətsizlik, qeyrətsizlikdir. Bu hekayəni yazarkən için-için ağladım. Rituallaşmış bir qəhrəmanımızın ucalığını dərk edərkən Mübarizin yerinə olmadığıma ağladım.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ