Qaynar xətt:

(+99450) 247 90 86

Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə REAKSİYA

2018-12/1545067463_713269.jpg

CƏMİYYƏT

1016

17.12.2018, 21:23

\"\" Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov psixoloq Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib.
Oxu24.com xəbər verir ki, R.İbrahimov ölkə.az-a açıqlamasında bildirib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib: \"Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm\". Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini bildirmiş və onu qatil adlandırmışdı.