Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! Bakının bu hissələrində axşamdan su olmayacaq

DİQQƏT! Bakının bu hissələrində axşamdan su olmayacaq

CƏMİYYƏT

910

17.12.2018, 18:16

\"\" Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.
Bu barədə Oxu24.com \"Azərsu\" ASC-dən məlumat verilib. Yaranacaq narahatlıqla əlaqədar \"Azərsu\" ASC abonentlərdən üzr istəyir.