Qaynar xətt:

(+99450) 247 90 86

Melitopolun qaçırılan meri sərbəst buraxıldı

Melitopolun qaçırılan meri sərbəst buraxıldı

CƏMİYYƏT

621

16.03.2022, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov azadlığa buraxılıb.

“OXU24.COM” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko Teleqram kanalında yazıb. 

“Melitopol meri İvan Fedorov artıq təhlükəsizlikdədir”, - Timoşenko bildirib.

O, Fedorovun əsirlikdən azad edilməsi üzrə xüsusi əməliyyatın uğurla başa çatdığını qeyd edib.

“Vanya sağ-salamatdır və Prezident Volodimir Zelenski ilə telefonla danışıb. Çox yaxında İvan Ukraynanın Melitopol şəhərinin meri vəzifəsinə qayıdacaq”, - Timoşenko bildirib.