Azərbaycanda binalarla bağlı YENİLİK:Pasport necə veriləcək?
02 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
494
16.03.2022, 20:58
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"OXU24.COM"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nazim Vəliyev və Mahir Orucov ifadə verib.
Bunlar kənd sakinləridir və Nərmin Quliyevanın meyti tapılan zaman görənlərdir.
Onlar həmin anlarla bağlı təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin suallarını cavablandırıblar.
Hakimin qərarı ilə növbəti məhkəmə martın 30-na təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
14:09 / 02 Noyabr 2026
1
13:55 / 02 Noyabr 2026
40
13:44 / 02 Noyabr 2026
83
13:35 / 02 Noyabr 2026
57
13:25 / 02 Noyabr 2026
368
13:21 / 02 Noyabr 2026
111
13:19 / 02 Noyabr 2026
142
13:18 / 02 Noyabr 2026
67
13:13 / 02 Noyabr 2026
86
12:59 / 02 Noyabr 2026
97
12:49 / 02 Noyabr 2026
775
12:46 / 02 Noyabr 2026
92
12:43 / 02 Noyabr 2026
85
12:39 / 02 Noyabr 2026
87
12:37 / 02 Noyabr 2026
150
12:32 / 02 Noyabr 2026
191
12:20 / 02 Noyabr 2026
105
12:13 / 02 Noyabr 2026
80
12:08 / 02 Noyabr 2026
240
12:04 / 02 Noyabr 2026
93
12:00 / 02 Noyabr 2026
163
11:50 / 02 Noyabr 2026
977
11:30 / 02 Noyabr 2026
396
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.