Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Qarabağdan acı xəbər gəldi: Ölən və yaralılar var

SON DƏQİQƏ! Qarabağdan acı xəbər gəldi: Ölən və yaralılar var

CƏMİYYƏT

7259

14.03.2022, 16:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Füzulidə ölümlə nəticələnən yol qəzası olub.

Oxu24.com  Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. Novruz Orucovun idarə etdiyi "Mercedes” və İ.Hümbətovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.

 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən "Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.