Qaynar xətt:

(+99450) 247 90 86

“Aeroflot” rəhbərinin müavini istefa verib Rusiyanı tərk etdi

“Aeroflot” rəhbərinin müavini istefa verib Rusiyanı tərk etdi

CƏMİYYƏT

469

12.03.2022, 19:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın "Aeroflot" aviaşirkətinin baş direktorunun strategiya, xidmət və marketinq üzrə müavini Andrey Panov şirkətdən istefa verib və Rusiyanı tərk edib.

O, bu barədə sosial şəbəkədə paylaşım edib.

"Rusiyanı tərk etdik. “Aeroflot”dan getdim. Köhnə həyat bitdi", - A.Panov yazıb.

Qeyd edək ki, bu həftənin əvvəlində “RBC” qəzeti “Aeroflot”un baş direktoru Mixail Poluboyarinovun istefası barədə məlumat yayıb.