Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi şad xəbəri açıqladı: Bütün istiqamətlərdə...

SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi şad xəbəri açıqladı: Bütün istiqamətlərdə...

CƏMİYYƏT

4065

12.03.2022, 11:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ukrayna Müdafiə Qüvvələri üstünlüyü ələ alır və bütün istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatını dəf edir”.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışır.

Donetsk istiqamətində irəliləməyə çalışan işğalçılar Ukrayna müdafiəçilərindən layiqli cavab alıblar və müxtəlif istiqamətlərdə dayandırılıblar, nəticədə qarşı tərəfin irəliləmə sürəti xeyli ləngiyib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, döyüş başlayandan Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir tabor-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.

“Hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olmaların sayı artmaqda davam edir. Son üç gündə qarşı tərəfin kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunur.

Rəqib ehtiyatının komplektləşdirilməsində ciddi problem yaşayır”, - Ukrayna MN-dan qeyd olunub.

Ukrayna meşəsində məhv edilən rus əsgərlərinin görüntüləri (18+VİDEO)