Qaynar xətt:

(+99450) 247 90 86

Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib

Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib

CƏMİYYƏT

443

11.03.2022, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna məhkəməsi RT (keçmiş “Russia Today”) telekanalı və “Sputnik” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat verib.

“Ukrayna prokurorları yaxın günlərdə şübhəlinin beynəlxalq axtarışa verilməsi prosesinə başlamaq niyyətindədir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, erməniəsilli jurnalist Marqarita Simonyan Vladimir Putin hakimiyyətinin beynəlxalq səviyyədə baş təbliğatçılarından sayılır. Baş redaktor Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini dəstəkləyərək təbliğ etdiyinə görə Avropa İttifaqına girişi yasaqlanıb.

Xatırladaq ki, daha öncə Ukrayna Baş Prokurorluğu bir sıra tanınmış rusiyalılara, o cümlədən müğənni Nikolay Baskov, kinorejissor Nikita Mixalkov, müğənni Oleq Qazmanov, teleaparıcı və mediamenecer Tina Kandelakiyə qarşı analoji addımlar atıb.