Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! DTX sabiq rəisi həbs etdi

SON DƏQİQƏ! DTX sabiq rəisi həbs etdi

CƏMİYYƏT

1119

10.03.2022, 18:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

Oxu24.com  xəbər verir ki, MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri “qafqazinfo.az” saytı yayıb.

SON DƏQİQƏ! Zelenski ruslarla bağlı şok qanun imzaladı