Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
08.03.2022, 20:14
İrpinin keçmiş meri, yerli inşaatçı Vladimir Karplyuk Vorzel, Buça, Qostomel, Zabuçya və Mixaylovka-Rubejovka ərazilərində işğalçıların törətdiyi dəhşətlərdən danışıb. Bu yaşayış məntəqələrində əsasən xarici aləmlə əlaqə yoxdur, bəzi yerlərdə ərzaq və su qurtarıb, işıq və istilik yoxdur.
Qaynarinfo xəbər verir ki, bu haqda 2014-2018-ci illərdə Kiyev vilayətinin İrpinin meri olmuş Vladimir Karplyuk Facebook-da yazıb.
"Mən, Vladimir Karplyuk, 2014-2018-ci illərdə Kiyev vilayətinin İrpinin meri.
Vorzel, Buça, Qostomel, Zabuçye və Mixaylovka-Rubejovka yerli sakinlərin evlərini tərk etməsinə imkan verməyən rus qoşunları tərəfindən tamamilə ələ keçirilib. Bəzən yaşayış binaları müxtəlif növ silahlardan işğalçılar tərəfindən atəşə tutulur.
İrpen, Buça, Qostomel, Vorzel, Mixaylovka-Rubejovka, Zabuçye artıq humanitar fəlakətin episentridir.
İrpen, Buça, Qostomel, Vorzel, Mixaylovka-Rubejovka, Zabuçya sakinlərinin İrpinə çıxış və sonradan Kiyev vasitəsilə təxliyəsi üçün təcili olaraq təhlükəsiz yaşıl dəhliz lazımdır.
Əks halda, itkilər təkcə mərmilərdən olmayacaq. İşğalçılar bu yaşayış məntəqələrinə humanitar yardımların daşınmasına imkan vermirlər!
İşğalçılar paytaxta növbəti hücum üçün Qostomel-Buça-İrpen-Qoreniçi sərhədi boyunca xətt təşkil edirlər. Yerli əhali zirzəmilərdə ac və soyuqdan ölür, girov kimi saxlanılır. Mən bütün beynəlxalq ictimaiyyəti İrpen şəhərinin mülki əhalisini ölümdən xilas etmək üçün səy göstərməyə çağırıram”.
O, İrpin uğrunda döyüşlərin getdiyini, Romanovka yaxınlığındakı körpüdən keçərək paytaxta doğru avtobuslarla dinc sakinlərin təxliyyə edildiyini bildirib. Rusiya qoşunları İrpin şəhər klinikasını bombalayıb və yeni tibb mərkəzi, tibb işçiləri və bəzi tibbi avadanlıqlar təxliyə edilib. Dərmanların bir hissəsi və əvvəllər gətirilən humanitar yardımlar işğalçılar tərəfindən ələ keçirilib.
İşğalçılar İrpinin merini öldürməklə hədələyib və İrpini təslim etməyi tələb ediblər, lakin rədd cəvvabı alıblar.
Yuxarıda göstərilən yaşayış məntəqələrinin hamısında mobil rabitə, işıq, su təchizatı yoxdur. Bir çox mikrorayonlarda baş verən yanğınlar səbəbindən qazın verilişi dayandırılmalı olub.
Martın 7-də Buçada Fiberglas İnstitutu partladılıb. Aseton və digər kimyəvi maddələrin buxarı qara tüstü kimi İrpin və Mixaylovka-Rubejovka istiqamətində səmaya qalxıb.
Martın 8-dən bütün Priirpenyenin zirzəmilərində və küçələrində meyitlər var, işğalçılar hətta Qırmızı Xaç təşkilatına belə cəsədləri aparmağa imkan vermir, humanitar yardım maşınlarını atəşə tuturlar.
Son günlər möcüzəvi şəkildə oradan, sözün əsl mənasında, düşmən atəşi altından çıxmağı bacaran bu qəsəbələrin sakinləri Karplyukun dərc etdiyi məlumatı UP-yə təsdiqləyiblər.
Həmsöhbətlərdən birinin dediyinə görə, Buçada Kadırovçular adlanan şəxslər insanları tüfənglərlkə güllələyirlər. Onlar uşaq bağçasını öz "qərargahlarına” çeviriblər.
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.