İşə düzəlmək istəyən müəllimlərə RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 00:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
01.03.2022, 19:12
Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir.
OXU24.COM xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.
Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir”, – deyə əlavə edilib.
Həmçinin bildirilib ki, Agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur.
“Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.
Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil”, – deyə qeyd edilib.
00:23 / 05 Noyabr 2026
1
00:18 / 05 Noyabr 2026
27
00:16 / 05 Noyabr 2026
75
23:48 / 04 Noyabr 2026
101
23:44 / 04 Noyabr 2026
75
23:40 / 04 Noyabr 2026
73
23:35 / 04 Noyabr 2026
71
23:33 / 04 Noyabr 2026
65
23:30 / 04 Noyabr 2026
91
23:26 / 04 Noyabr 2026
55
23:22 / 04 Noyabr 2026
86
23:17 / 04 Noyabr 2026
107
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
75
23:04 / 04 Noyabr 2026
104
22:59 / 04 Noyabr 2026
146
22:51 / 04 Noyabr 2026
95
22:38 / 04 Noyabr 2026
99
22:34 / 04 Noyabr 2026
117
22:26 / 04 Noyabr 2026
103
22:22 / 04 Noyabr 2026
112
22:16 / 04 Noyabr 2026
2466
22:14 / 04 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.