Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobil almaq istəyənlərin nəzərinə: Bakıda bahalı maşınlar ucuzlaşıb

2018-11/1541048032_08-52-47-parkovka-768x432.jpg

CƏMİYYƏT

851

01.11.2018, 08:54

\"\" 2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib.
Oxu24.com  xəbər verir ki, bunu Trend-ə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb.
Onun sözlərinə görə, mühərrik həcmi 3-dən böyük olan avtomobillərin orta qiyməti 55.866 manat təşkil edib və qiymətdə 7.57 faiz azalma olub.
N.İbrahimov bildirib ki, sentyabr ayında ümumilikdə 1444 ədəd avtomobil satışa çıxarılıb: “Əvvəlki ayla müqayisədə sentyabrda avtomobil bazarında təkliflər portfeli 0,48 faiz azalıb”.