Qaynar xətt:

(+99450) 247 90 86

Xoşbəxt olmaq istəyirsinizsə, balıq yeyin

2018-10/1541006909_baliq5.jpg

CƏMİYYƏT

853

31.10.2018, 21:27

\"\" Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz. Aparılan araşdırmalar müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza yaxşı gəldiyini göstərir.
Oxu24.com axşam.az-a istinadən balığın insan orqanizminə olan faydaları haqda məlumat verir: - Ürək xəstəliyini və iflicin qarşısını alır: Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir. - Xolesterinin maddələr mübadiləsini nizamlar: Balığda bol miqdarda olan Omega-3-ün damar genişlədən xüsusiiyəti var. Buna görə ürək və damar xəstəliklərinə qarşı təsirlidir. - Şəkər xəstələri üçün faydalıdır: Şəkər xəstələri ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır. - Balıq kırışıklara qarşı təsirlidir: Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığını bildirilir. - Astma təhlükəsini azaldır: Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır. - Balıq yemək xoşbəxtlik və enerji qaynağıdır: Tərkibində serotonin olduğundan balıq yedikdə, özünüzü daha rahat və xoşbəxt hiss edəcəksiniz. - Balıq yeyən qadınların uşaqları daha ağıllı olur: İngiltərədə edilən bir araşdırma hamiləliklerində balıq yağı baxımından zəngin bir diyeta tətbiq edən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqlarını ortaya qoydu. - Yağ nisbəti azdır: İçində sağlamlıq üçün əhəmiyyətli olan Omega-3 yağı olmasına baxmayaraq, balıqlar ümumi olaraq daha az yağlıdır, kökəltmir.