Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6593
az

DİQQƏT! Bu paltarlar xəstəlik daşıyır - FOTO

23:4030 Oktyabr, 2018
772
CƏMİYYƏT
  • A
Avropanın bəzi ölkələrində insanlar xüsusən bayramlar vaxtı geyinilməyən paltarları yol kənarına qoyurlar ki, ehtiyacı olanlar götürüb istifadə etsin. Amma hər işdə pul qazanmaq istəyən bəzi işbazlar burda da sakit durmur. Həmin paltarları yeni adı ilə başqa ölkələrə satırlar.

Oxu24.com bildirir ki, ARB TV-nin "Günə doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB-in Sədri: "Əhali çıxarır paltarları qoyurlar küçənin qırağına, gətirib burda ədədlə satırlar. Biznes yaradıblar".

Adil Qeybulla - Həkim: "Bunlar çox ucuz olduğundan onları alırlar, gətirirlər. Bəzən onlar kiloqramla, çəki ilə satılır xaricdə. Gətirilib burada satılması sərfəli olur".

Bakının demək olar ki, bütün rayonlarında 2-ci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir. Bu cür mağazalara tələbat da kifayət qədərdir. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir.

Sakin: "Geyilmiş paltardır yuyulub, gətirib satırlar burda".

İddialara görə, xarici ölkələrdən, əsasən də Avropadan gətirilən bu paltarlar yuyulub təmizlənmədən, heç bir dezinfeksiya tədbiri görülmədən mağazalara təqdim olunur. Alıcılar isə alış-veriş zamanı bu paltarlara əllə toxunur, geyinib üzərlərində yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta bizə tanış olmayan infeksiyalara da yoluxa bilərlər.

Adil Qeybulla - Həkim: "Onların bəzilərində bədən üçün zərərli olan maddələr var. Məsələn sintetik liflərdən istehsal olunmuş bəzi kostyumlarda, o cümlədən uşaq kuklalarında. Paltarlarda olan boyaların özləri. Bəzilərinin orqanizmə konsorigen təsiri də ola bilər. Dəriyə iletasion təsiri ola bilər".

Bakıda artıq öz alıcı kütləsi olan 2-ci əl mağazalarının satıcıları isə geyimdən xəstələnməyin mümkün olmadığını deyir. Amma satıcılar satdıqları geyimin haradan gətirildiyindən, hansı ölkənin istehsalı olduğundan xəbərsizdilər.

Eyyub Hüseynov - AİB-in Sədri: "Mən özüm gözümlə görmüşəm ki, necə küçənin kənarına qoyurlar. Ölü paltarı da ola bilər. Ölkələrin ətraf mühitindən çıxardırlar belə paltarları".

Necə deyərlər, ucuz ətin şorbası olmur. Bu gün ucuzdur deyə aldığımız geyimlər isə sabah bizə baha başa gələ bilər. Özü də sözün hər mənasında. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ