Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6582
az

Əskərlər arasında dəri xəstəliyi yayılıb? — RƏSMİ AÇIQLAMA

14:5130 Oktyabr, 2018
744
CƏMİYYƏT
  • A
 Bu günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilmişdir.
Oxu24.com-a Penitensiar xidmətdən verilən məlumata əsasən, məsələ dərhal yerində araşdırılmış və bu məlumatın tamamilə əsassız olduğu aşkar edilmişdir.

Bununla əlaqədar bəyan edilir ki, belə cəfəng, həqiqətə uyğun olmayan, uydurma məlumatların yayılması əhalini çaşdırmaq və aparılan islahatlara kölgə salmaq məqsədi daşıyır.

Penitensiar xidmətdə qulluq edən əsgərlər istər hərbi hissəyə daxil olarkən, istərsə də xidmət müddəti ərzində mütəmadi olaraq tibbi müayinələrdən keçirilirlər. Səhhətlərində hər hansısa problem aşkar edildiyi zaman bütün zəruri tibbi tədbirlər görülür və onlar dərhal nazirliyin peşəkar həkimləri, habelə zərurət yaranarsa digər tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunurlar.
Eyni zamanda hərbi hissələrdə vaxtaşırı keçirilən "açıq qapı" günlərində əsgərlərin valideynləri və yaxınları onlar üçün yaradılmış şəraitlə tanış olur, daim öz məmnunluqlarını ifadə edirlər.

Penitensiar Xidmətin rəhbərliyi bir daha nəzərə çatdırır ki, qeyd edilən məlumat tamamilə yalan və qərəzli olmaqla təxribat xarakteri daşıyır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ