Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6541
az

Azərbaycanda "kənd yumurta"sı 100 faiz bahalaşdı (AÇIQLAMA)

13:5429 Oktyabr, 2018
879
CƏMİYYƏT
  • A
 Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev son günlər ölkədə yaşanan yumurta çatışmazlığı və onun qiymətinin bahalaşması məsələlərinə aydınlıq gətirib.

A.Vəliyev ölkə.az-a açıqlamasında deyib ki, yumurta çatışmazlığının və qiymət artımının sənaye quşçuluğuna heç bir təsiri yoxdur:

"Hazırda Azərbaycanda sənaye üsulu ilə yumurta istehsalı öz qaydasında gedir. Burada yalnız problem fərdi təsərrüfatlarla bağlı ola bilər. İndi payız ayı olduğu üçün kəndlərdə fərdi təsərrüfatlarda olan quşlar artıq yumurtadan kəsilib. Çünki havalar soyuyanda quşların 50-70 faizi yumurtadan kəsilir. Bizim "kənd yumurtası" adlandırdığımız məsulların da bahalaşmasına səbəb budur. Ancaq bizim yerli istehsalımız əvvəlki qaydada gedir".

Cəmiyyət sədri bir sıra ekspertlərin quşların kütləvi qırılması ilə bağlı səsləndirdiyi iddialara da cavab verib.

O deyib ki, bu il Azərbaycanda kütləvi quş qırılması faktı olmayıb və burada heç bir məsələ əhalidən gizlədilməyib:

"Sentyabrın 15-dən etibarən Azərbaycanda tədris mövsümü başlayıb. Bu zaman tələbələrin Bakıya axını baş verir. Tələbələr də ən çox yediyi qida yumurta olur. Ona görə də yumurta məhsuluna alıcılıq qabiliyyəti yüksəlib, tələbat çoxalıb. Ancaq yenə də deyirəm, sənaye üsulu ilə istehsal olunan yumurtaların qiymətində heç azalma və ya bahalaşma müşahidə edilməyir. Müqavilə ilə kim nə qəfər məhsul istəyirsə, o qədər də istehsal edilir. Kimsə deyirsə ki, guya quşlar kütləvi şəkildə qırılıb və bu əhalidən gizlədilib, bu səhv fikirdir. Bəs bui qədər yumurtalar bazara haradan gəlir? Sadəcə olaraq indi fərdi təsərrüfatlarda yumurta demək olar ki, yoxdur. Biz tez-tez rayonlara gedirik. İndi rayonlarda qətiyyən yumurta qalmayıb. Bu da Azərbaycanda satılan yumurtanın təxminən yarısına bərabərdir. İndi "kənd yumurta"sı yoxdur deyə, bu cür şərait yaranıb".

A.Vəliyev qeyd edib ki, sözügedən problemin aradan qaldırılması üçün dövlət tərəfindən lazımı addımların atılması çətin məsələdir:
"Çünki ətlik istiqamətində olan quşlar tez ət verdiyi üçün onu kəsirlər. Ancaq yumurtalıq quşlarda məsələ fərqlidir. Yumurtalıq quşlar təxminən 2 il saxlanılır, sonra 1,5 il yumurta verir, yenə dayanır. Ona görə də həmin quşlara biz deyə bilmərik ki, indi yumurta azdır, yumurta verin və sairə. Rayonlarda fərdi təsərrüfatlarda kimsə qiyməti qaldırırsa, bunun bizə heç bir bağlılığı yoxdur. Onlara biz nəzarət edə bilmərik. Sənaye üsulu ilə istehsal olunan təsərrüfatlarda heç bir qiymət artımı mövcud deyil".



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə açıqlamasında bildirib ki, rayonlarda kənd yumurtasının qiyməti təqribən 100 faiz qalxıb:

"Biz rayon şöbələrindən müvafiq məlumatlar toplamışıq. Misal üçün, Qusarda 20 qəpiklik kənd yumurtasının qiyməti 40 qəpiyə qalxıb. Bu da bizi narahat edir. Bunun konkret səbəbləri mövcuddur. Birincisi, payız ayı olduğu üçün əhalinin yumurtaya olan tələbatı artıb. İkincisi, kənd və rayonlarda toyuqların yumurtaması azalıb. Üçüncüsü isə bu il Azərbaycanda böyük quş qırğını olub. Milyonlarla quş tələf olub. Çox təəssüf ki, bu hadisə cəmiyyətdən də gizli saxlanılıb. Digər bir səbəb isə quş yemlərinin bahalaşmasıdır. Yəni, yem baha olduğu üçün insanlar saxladıqları quşları ətə veriblər. Ümid edirəm ki, yumurtanın qiyməti aşağı enəcək".

Ekspert qeyd edib ki, Azərbaycanda yumurta çox ucuz qiymətə satıldığı üçün fabriklər də yumurtanı aşağı qiymətə satmağa məcbur idi:

"Hazırda fabriklərdə bir yumurtanın maya dəyəri 15 qəpik təşkil edir. Ümid edirəm ki, bu belə də davam edəcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ