Qaynar xətt:

(+99450) 247 90 86

Pul toplamaq üçün qızına işgəncə verdi - FOTO

Pul toplamaq üçün qızına işgəncə verdi - FOTO

CƏMİYYƏT

507

11.02.2022, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kolorado sakini Kelli Törner ianə toplamaq üçün qızı Oliviya Qantdan istifadə edib.

OXU24. oxu.az-a istinadən xəbər verir ki, o, xəstəlik tarixçəsi ilə bağlı həkimlərə yalan danışıb və həkimləri yeddi yaşlı qızının üzərində lazımsız əməliyyatlar aparmağa məcbur edib.

O, həmçinin həkimləri qızına lazımsız dərmanlar yazmağa çağırıb və onun "müalicəsi" üçün ianə toplayıb.

Prokurorlar Törnerin 100 min dollardan 1 milyon dollara qədər xeyriyyə aldığını bildirirlər.

Nəticədə polis olmaq arzusu ilə yaşayan qızcığaz Denver Hospisində vəfat edib.

Daha sonra Kelli Törner ikinci qızını da sümük ağrıları ilə eyni xəstəxanaya gətirməsi həkimlərin şübhələrinə səbəb olub.

Hazırda 13 yaşlı qız nənə və babasının himayəsindədir, səhhətindən şikayəti yoxdur.

Törner törətdiyi cinayəti etiraf edib. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.