Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65168
az

Doğuşdan sonra ölən 15 yaşlı qızla bağlı yeni xəbər: Pandemiyada gizli evləniblərmiş

20:4210 Fevral, 2022
441
CƏMİYYƏT
  • A

Ötən gün Bakıda adı açıqlanmayan 15 yaşlı hamilə yeniyetmə doğuşdan sonra vəfat edib. Binə qəsəbəsində yaşayan Lənkəran rayon sakini 2006-cı il təvəllüdlü qız bətnindəki dölü ölü dünyaya gətirdikdən qısa müddət sonra dünyasını dəyişib.

OXU24.COM Ölkə.az-a istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitlərə baxış keçirilərkən meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda adiyyəti üzrə Xəzər Rayon Polis İdarəsində 15 yaşlı qızın əri hesab edilən 1993-cü il təvəllüdlü Hadıyev Mayıl cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən başqa yerə getməmək, polisin nəzarətinə verilmə tədbiri seçilib ki, istintaq hərəkətləri davam etdirilsin.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, M.Hadıyev ilkin ifadəsində ər-arvad münasibətlərində olduğunu və pandemiya dövründə gizli toy mərasimi təşkil edildyini deyib:

"Böyüklər arasında 15 yaşlı qızla M.Hadıyev qeyri-rəsmi nikahına daxil ediliblər. Bakı Şəhəri İcra Hakimiyyətinin qeyri-rəsmi nikahdan məlumatı olmayıb. Hər iki tərəf dövlətin müvafiq qurumlarından bunu gizlədiblər".

Qeyd edək ki, 15 yaşlı qızın ölümündə valideynlərinin də məsuliyyətsizliyi üzə çıxır. DİN rəsmisi əlavə edib ki, istintaq hərəkətləri ilə ağır nəticəyə rəvac verən hadisənin təfərrüatı araşdırılacaq: "Hazırda dünyasını dəyişən yeniyetmənin yas mərasimi ərəfəsində olduqlarına görə zərərçəkmiş tərəf istinataqa çağrılmayıb. Lakin bir müddət sonra onlar istintaqa çağrılacaqlar. Valideynlərin məsuliyyəti istintaqın gedişatından asılı olacaq. Bu ailə Bakı şəhərində Mayıl Hadiyevin qaynanası hesab olunan şəxsin evində yaşayıb. Proseslər də həmin evdən başlayıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün kartof yeyirsinizsə nə baş verə bilər?
Viktor Orban Gürcüstanda səfərdədir
Noyabrda 18 gün dərs olmayacaq - TARİXLƏR

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi