Kəmaləddin Heydərov yeni sənəd İMZALADI
05 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1499
09.02.2022, 09:54
Keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcu yaranıb.
Oxu24.com kriminalqafqaz.az-a istinadən xəbər verir ki, “Azəriqaz” tərəfindən Novxanıda yerləşən istixanada yoxlama aparılıb. Məlum olub ki, 1,48 hektarlıq ərazidə yerləşən və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün qurulan kompleks 61 min manata yaxın qaz sərfiyyatı edib.
Usubovlar məbləğin 11 min manata yaxın hissəsini ödəsə də, yerdə qalan məbləği ödəməkdən imtina ediblər.
Buna görə də “Azəriqaz” onlara qarşı məhkəmə iddiası qaldırıb və istixanaya qaz verilməsi dayandırılıb. Eyni zamanda Raul Usubov da məhkəmədə əks-iddia qaldıraraq borcun əsassız yerə yazıldığını qeyd edib.
“Azəriqaz”ın nümayəndəsi bildirib ki, laboratoriya yoxlaması zamanı sayğacda nasazlıq aşkarlanıb və itirilmiş qazın dəyəri 50 min manat hesablanıb. Bu borc sayğaca müdaxilə kimi deyil, itirilmiş qazın dəyəri əvəzinə hesablanıb.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim bu qənaətə gəlib ki, “Azəriqaz” qanunvericiliyin tələblərini pozmaqla ərazidə yoxlama aparıb və istixananın sayğacını xəbərdarlıq etmədən dəyişdirib. Hakim hesab edib ki, “Azəriqaz”ın apardığı yoxlama qanunsuzdur.
Məhkəmə Raul Usubovun iddiasını təmin edib və “Azəriqaz” tərəfindən yazılmış 50 min manatlıq borcun silinməsi barədə qərar çıxarıb.
Həmçinin, qərarda göstərilib ki, Raul Usubovun məhkəmə iddiası üçün ödədiyi 30 manat rüsum da “Azəriqaz”dan tutularaq ona qaytarılsın.
Qeyd edək ki, sözügedən ərazidə Usubovların yaşayış villası da yerləşir.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.