Kəmaləddin Heydərov yeni sənəd İMZALADI
05 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
891
09.02.2022, 09:40
Sığorta prinsipi ilə pensiya alanlara 200 manat maddi yardım veriləcək. Bu yardım rüblər üzrə hissə-hissə ödəniləcək.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov dövlət başçısının ''Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında'' sərəncamını şərh edərkən deyib.
Onun sözlərinə görə, ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək.
Himalay Məmişov qeyd edib ki, əmək pensiyaları 3,4 faiz indeksləşdiriləcək. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib. Fondun sədri staja görə əmək pensiyalarının nə qədər artırılacağına da aydınlıq gətirib.
Himalay Məmişov əlavə edib ki, yeni sərəncamla hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının da pensiyalarının artırılması, eləcə də onlara maddi yardımların göstərilməsi üçün mexanizm hazırlanır. Dəyişiklik bu kateqoriyadan olan şəxslərə 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğinin hər il artırılmasına imkan yaradacaq.
Qeyd edilib ki, artımlar 1,1 milyon nəfəri əhatə edəcək, bununla bağlı il ərzində əlavə olaraq 352 milyon manat sərf olunacaq.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.