Kəmaləddin Heydərov yeni sənəd İMZALADI
05 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
410
08.02.2022, 23:09
Dağınıq skleroz sinir sisteminin iltihabi xəstəliyidir. Xəstəlik baş və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının, yəni mielinin zədələnməsi nəticəsində özünü büruzə verir.
Autoimmun xəstəlik olan dağınıq skleroz 18-50 yaş aralığında və əsasən qadınlarda rast gəlinir. Nadir hallarda 50 yaşdan sonra qeydə alınır.
Xəstəlik xarici mühit amilləri - viruslar, ekoloji və coğrafi amillər və irsi meyilliliyin qarşılıqlı təsiri nəticəsində yaranır.
Simptomları bədənin müxtəlif yerlərində kəskin və xroniki ağrılar, keyimələr, ikigörmə, zəiflik, başgicəllənmə və s. ilə xarakterizə olunur. Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər.
Bunlardan hərəki, avtonom, hissi və görmə problemlərinə daha çox rast gəlinir. Xəstələrin 90 faizində piramid traktın zədələnməsi qeydə alınır. Aşağı ətraflar yuxarı ətraflara nisbətən daha çox zədələnir. Aşağı ətraflarda hemi, para və tetraparez müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti 20 ildən sonra sərbəst hərəkət edə bilmirlər.
Dağınıq skleroz orta hesabla 30-35 ildən sonra əlilliyə səbəb olur. Əlilliyin səbəbi də yerişin pozulması, parezin əlamətləridir. Dağınıq skleroz nadir hallarda ölümə səbəb ola bilər.
Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Aygün Haqverdiyeva məlumat verib.
"Xəstəlik kəskinləşmə və remissiya dövrlərindən ibarətdir. Kəskinləşmə dövrdə hormonal müalicə tətbiq olunur. Remissiya dövründə isə immunoqlobulinlərlə müalicə aparılır ki, bu da kəskinləşmə dövrünü gecikdirmək məqsədi daşıyır.
Xəstəyə ilk əvvəl diaqnoz qoymaq çətindir. Belə ki, dağınıq skleroz başqa xəstəliklərin altında gizlənir. Xəstəliyin kliniki əlamətləri özünü göstərəndən qısa müddət sonra dayanır. Bir müddətdən sonra isə yenidən bərpa olunur. Hər dəfə təkrarlandıqdan sonra simptomların hər hansı biri özünə yer eləyir və davamlı olur", - deyə mütəxəssis bildirib.
Həkim-nevroloq qeyd edib ki, xəstəliyin diaqnozu maqnit rezonans tomoqrafiya müayinəsi nəticəsində təsdiq oluna bilər: "Diaqnoz təsdiqləndikdən sonra xəstəyə vəziyyəti uyğun dillə başa salmaq lazımdır ki, depressiyaya düşməsin. Çünki bu xəstəlikdən əziyyət çəkənlər ağır depressiyaya düşürlər. Onlara həm ailə, həm də psixoloq tərəfindən dəstək lazımdır. Xəstəliyin axırıncı mərhələsində xəstənin psixoloji durumu da dəyişə bilər. Erkən müalicə dağınıq sklerozun kəskinləşməsinin qarşısını almağa kömək edir. Cavan adamlar müalicəyə daha effektiv reaksiya verirlər. Orqanizmin müalicəyə cavabından və xəstəliyin gedişatından asılı olaraq əlilliyin qarşısını almaq qismən mümkündür".
A.Haqverdiyeva Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsini dövlətin öz üzərinə götürdüyünü və proqramlar qəbul olunduğunu da diqqətə çatdırıb.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.