Kəmaləddin Heydərov yeni sənəd İMZALADI
05 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
639
08.02.2022, 22:25
2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir.
Oxu24.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Nazirlər Forumunda çıxışı zamanı deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Report”a verilən məlumata görə, forumda çıxış edən əhalinin rifahının ardıcıl olaraq yaxşılaşdırılmasının Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.
Nazir bildirib ki, ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib.
Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artıb.
Nazir yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramını qeyd edib.
Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artdığını, 2020-ci ildə COVID-19 pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynadığını vurğulayıb. Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.